...

Xəzərdə yeni liman tikilir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2016 15:09 (UTC +04:00)
Qazaxıstan Xəzər dənizində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bənzər yeni liman tikir.
Xəzərdə yeni liman tikilir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:26-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Qazaxıstan Xəzər dənizində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bənzər yeni liman tikir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədr müavini Qosman Amrin deyib.

Onun sözlərinə görə, Aktau yaxınlığında tikilən yeni Kurık limanı Ələt limanına bənzər olacaq.

Q.Amrin qeyd edib ki, yeni liman Azərbaycandan Qazaxıstana yükdaşımaları xeyli sürətləndirəcək: "İmkanlarına görə, yeni liman Aktau limanından bir neçə dəfə böyük olacaq".

Kurık limanı Aktaudan 100 kilometr aralıda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti