Bakı. Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Böyük Britaniyanın (BB) Baş nazirinin ticarət məsələləri üzə elçisi xanım Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Palatadan Trend-ə verilən məlumata görə, ölkələr arasında münasibətlərə böyük önəm verdiklərini vurğulayan xanım Baronessa Nikolson kapital bazarları və sığorta sahəsi üzrə həyata keçirilən inkişaf planlarını dəstəklədiklərini bildirib.
Görüşdə əsasən Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələri, dünya maliyyə bazarlarındakı vəziyyət, eləcə də Azərbaycan və Böyük Britaniya kapital bazarlarında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nın ortamüddətli strategiyası barədə nümayəndə heyətinə məlumat verən Rüfət Aslanlı maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində Böyük Britaniyanın müvafiq dövlər qurumları ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.