...

Azərbaycan və Belarus yük aviareyslərini genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 13:37
2016-cı ilin 09-10 iyun tarixlərində Bakıda Azərbaycan Respublikası və Belarus Respublikasının mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
Azərbaycan və Belarus yük aviareyslərini genişləndirmək niyyətindədir

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

9-10 iyun tarixlərində Bakıda Azərbaycan və Belarusun mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Bu barədə Trend Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına istinadən məlumat verir.

Danışıqların gedişində tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər təyin olunmuş aviaşirkətlərə kodlardan birgə istifadə haqqında müqavilələri imzalamaq hüququnun, həmçinin ölkələr arasında yük reyslərinin yerinə yetirilməsi üçün əlavə imkanların verilməsi barədə razılığa gəliblər.

Görüş iki ölkə aviaşirkətlərinin təmsilçilərinin iştirakı ilə ənənəvi dostluq şəraitində baş tutub. Danışıqlardan öncə "Azərbaycan Hava Yolları" QSC və "Belavia" aviaşirkətinin nümayəndələri arasında protokol imzalanıb.

Belarusun nümayəndə heyəti Azərbaycanın bir sıra mülki aviasiya subyektlərinin fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti