...

Azərbaycanda “SOCAR” brendi ilə 22-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 13:00 (UTC +04:00)
Azərbaycanda “SOCAR” brendi ilə 22-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Azərbaycanda “SOCAR” brendi ilə 22-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Bakı. Trend:

Azərbaycanda “SOCAR” brendi ilə 22-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Trend SOCAR-in saytına istinadən xəbər verir ki, avqustun 5-də Şamaxı şəhəri, Əngərxaran kəndində SOCAR brendi altında sayca 22-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan ''SOCAR PETROLEUM'' QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılan şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılan müasir avadanlıqlarla tanış edib.

Bildirib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.

T.Seyidov SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb.

Qeyd olunub ki, bu məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır. O, “SOCAR PETROLEUM” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik etmiş, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti