Bakı. Trend:
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib və Neft Fondu tərəfindən 50 milyon dollar məbləğində vəsait satışa çıxarılıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda iştirak edən 30 bank tərəfindən məcmu tələb 588 milyon dollar təşkil edib.