...

Xüsusi maliyyələşdirmə əsasında fəaliyyət göstərən investorlar dövlət rüsumundan azad edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2016 16:25 (UTC +04:00)
Azərbaycana vəsaitlərini "Tik-idarə et-təhvil ver" modelinə uyğun yatıran investorlar dövlət rüsumunu ödəməkdən azad ediliblər.
Xüsusi maliyyələşdirmə əsasında fəaliyyət göstərən investorlar dövlət rüsumundan azad edildi

Trend-i buradan izləyin

Bakı. Azad Həsənli – Trend:

Azərbaycana vəsaitlərini "Tik-idarə et-təhvil ver" modelinə uyğun yatıran investorlar dövlət rüsumunu ödəməkdən azad ediliblər.

Trend-in məlumatına görə, "Dövlət rüsumu haqqında" qanuna müvafiq dəyişiklikləri bu gün Milli Məclisin plenar iclasında deputatlar qəbul ediblər.

İnvestisiya layihələrini "Tik-idarə et-təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti