Sürücülərin nəzərinə: sığorta müqavilələri elektron qaydada bağlanılacaq

Sürücülərin nəzərinə: sığorta müqavilələri elektron qaydada bağlanılacaq

Bakı. Trend:

1 noyabr 2016-cı il tarixindən AVSMMİS üzrə standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılacaq.

İcbari Sığorta Bürosundan Trend-ə verilən məlumata görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyi rəhbər tutaraq Bu Qanunun 50-3-cü maddəsinin tələbinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında “Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmalıdır.

1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün yeni icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılacaqdır.

Qeyd edək ki, 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.

Elektron sığorta müqaviləsi nədir?

“Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, ötürülən, qəbul edilən sığorta müqaviləsidir.

Elektron sığorta müqaviləsi hansı qaydada bağlanılır?

Vətəndaşlar elektron sığorta müqaviləsini avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə və ya sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir.

Elektron sığorta müqaviləsi üçün sığorta haqqı hansı qaydada ödənilir?

  • Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər.
  • Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir.
  • Elektron sığorta müqaviləsi üzrə sığorta haqqını nağd qaydada sığorta vasitəçisinə ödəmək mümkündür, lakin bu halda sığorta vasitəçisinin ödənişi həyata keçirməsinə əmin olmalısınız. Belə ki bir daha xatırladırıq ki, sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcəkdir.
  • Sığorta haqqının ödənilməsi Bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə Hökümət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər.

Elektron sığorta müqaviləsinin etibarlılığını necə yoxlamaq olar?

  • Elektron sığorta müqaviləsi qüvvəyə mindiyi an sığortalının mobil telefon nömrəsinə təsdiqedici məlumat göndərilir. Təsdiqləyici SMS məlumatlandırma yalnız Büronun 9707 qısa nömrəli SMS xidməti vasitəsi ilə aparılır. Sığortalılar sığorta müqaviləsinin bağlanılması zamanı mobil telefon nömrələrinin müqavilədə düzgün göstərilməsini sığortaçıdan tələb etməlidir.
  • Büronun internet səhifəsindən http://services.isb.az elektron sığorta müqaviləsinin etibarlı olmasını yoxlamaq mümkündür.
  • Sığortaçı sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasını təşkil edərkən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsində göstərilənləri təmin etməli, sığortalıya elektron müqaviləyə çıxış imkanı, həmçinin müqaviləyə baxmaq və çap etmək imkanı yaratmalıdır.

Elektron sığorta müqaviləsi kağız daşıyıcıda təqdim edilə bilər?

Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununa əsasən elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdir və elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdir. Sığortalının istəyi ilə sığortaçı elektron sığorta müqaviləsini xarici təqdimat formasında yəni kağız daşıyıcıda sığortalıya təqdim edə bilər.

Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasının üstünlükləri nədən ibarətdir?

Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə əlaqədar Büronun elektron informasiya sistemində müvafiq texniki proqram tədbirləri həyata keçirilmişdir və 1 noyabr 2016-cı il tarixindən informasiya sistemi yenilənəcəkdir.

  • İcbari Sığortalar haqqında Qanunun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız informasiya sistemi vasitəsilə bağlandığı və bu sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Məlum olduğu kimi bəzi hallarda sığorta vasitəçiləri tərəfindən vətəndaşlara təqdim edilən şəhadətnamə blankları sistemə vaxtında daxil edilmir və ya ümumiyyətlə sistemə daxil edilmədən sığortalıya təqdim edilir. Nəticədə sığorta hadisəsi baş verdiyi halda sığortalı və sığortaçı arasında narazılıq yaranır. Yeni sistemə keçiddən sonra sığortalının mobil nömrəsinə müqavilənin etibarlılığı ilə bağlı Büronun 9707 qısa nömrəsindən sığorta haqqının ödənilməsi və sığorta müqaviləsinin qüvvəyə minməsi haqqında təsdiqləyici SMS daxil olacaqdır.
  • İcbari Sığortalar haqqında Qanunun 9.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta bazarında avtomobilin icbari sığorta müqavilələri sığortalılara xəbər edilmədən bağlanılır və daha sonra sığorta haqqının ödənilməsi üçün sığortalılara zəng edilir və onları narahat edirlər. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçiddən sonra sığorta haqqının ödənilməsi barədə sistemə məlumat avtomatik olaraq ötürüləcəkdir. Sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcək və nəticədə sığortalı sığorta haqqını seçdiyi sığortaçının hesabına köçürəcəkdir. 1 noyabr 2016-cı il tarixindən sonra isə sığortalı sığorta haqqını ödəmədiyi halda sığorta müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmayacaqdır.
  • Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta vasitəçiləri tərəfindən sığortalıların məlumatları, yanlışlıqla və ya bilərəkdən sistemə səhv daxil edilir və sığorta haqqının hesablanması zamanı Bonus Malus prinsipləri nəzərə alınmır, həmçinin sığorta haqqının süni şəkildə azaldılması halları ilə də rastlaşırdıq. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə bu problem aradan qaldırılacaqdır, beləki Büronun informasiya sisteminin hüquqi və fiziki şəxslər haqqında olan məlumat bazası ilə inteqrasiyası nəzərdə tutulmuşdur. Sığorta müqaviləsinin bağlanılması üçün hüquqi şəxslərin VÖEN-i, fiziki şəxslərin isə şəxsiyyət vəsiqəsindəki seriya və fin nömrəsi sistemə düzgün daxil edilməlidir.
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub (FOTO)
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub (FOTO)
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Loading Bars
Xəbər lenti
Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı üçün işlər aparılır (FOTO)
Ermənistan işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət abidələrini məqsədli şəkildə yerlə yeksan edib - Akademik
“Rabitəbank” şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcunu siləcək
Prezidentə yazırlar: Bu qələbəni Azərbaycan xalqına Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Qubadlının təhsil statistikası açıqlanıb
Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib
Şəhid hərbçimiz Dmitri Solntsevlə vida mərasimi keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? (TƏFƏRRÜATLAR)
“4S” şirkətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 AZN köçürüb (FOTO)
Ermənistanın mülki əhaliyə hücumu nəticəsində bugünədək 65 nəfər həlak olub
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
Azərbaycandan mülki erməni əhalisinə müraciət
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan?- Deputat
Prezidentin köməkçisi: Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur
Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötüb
Bakıda şəhid və Milli Qəhrəman adı daşıyan məktəblərin sayı açıqlandı (FOTO)
DİN-dən müraciət: Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik
Birinci vitse-prezident Mehriban Əliyeva: Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur
Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi
Ermənistanda orduya yardım edən mağazalar qiymətləri qaldırır ki, pulu geri qaytarsınlar - Şərh
Atəşkəsin pozulmasına görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir - XİN
Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Düşmən Ağdam rayonunu atəşə tutur - MN
Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar - Psixoloq
Bəyanatın mətninə humanitar yox, birbaşa atəşkəs ifadəsi salmağa çalışırdılar
Şəmkirdə 83 yaşlı kişi güllələndi
Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub - MN
Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür - Hikmət Hacıyev
Oktyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi - Deputat
Hikmət Hacıyev: Ermənistanın baş naziri yenidən yalan danışır
Düşmən Tərtər rayonunu atəşə tutub
Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub
Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub - MN
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir
Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb
İspaniyada yenidən fövqəladə vəziyyət elan edilib
İsveç Krallığında Gəncədəki terror aktları pislənilib (FOTO)
Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb
ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən Cenevrədə görüşəcəklər
Ermənistan PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirir
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
İsveçdə Gəncədəki terror aktları pislənilib (FOTO)
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Bütün xəbərlər