...

Bakıda daha bir biznes-forum olacaq: Azərbaycan-Monako

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2016 17:27 (UTC +04:00)
Noyabrın 7-də Bakıda Azərbaycan-Monako biznes-forumu keçiriləcək.
Bakıda daha bir biznes-forum olacaq: Azərbaycan-Monako

Bakı. Azad Həsənli - Trend:

Noyabrın 7-də Bakıda Azərbaycan-Monako biznes-forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AZPROMO-dan verilən məlumatda deyilir.

Tədbirdə Monakonun qida, mebel sənayesi, ticarət, səhiyyə, turizm, loqistika, nəqliyyat, təhsil, alternativ energetika, saat istehsalı, daşınmaz əmlak, bank və sığorta sahələri üzrə sahibkar və işgüzar şəxsləri iştirak edəcəklər.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Monako ilə Azərbaycan arasında mal dövriyyəsi 41,97 min dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti