...

Abid Şərifov: Azərbaycanın nəqliyyat sektorunun inkişafına 25 milyard dollar investisiya qoyulub (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2016 11:17 (UTC +04:00)
Son illərdə Azərbaycanın nəqliyyat sektorunun inkişafına 25 milyard dollar investisiya qoyulub.
Abid Şərifov: Azərbaycanın nəqliyyat sektorunun inkişafına 25 milyard dollar investisiya qoyulub (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Son illərdə Azərbaycanın nəqliyyat sektorunun inkişafına 25 milyard dollar investisiya qoyulub.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bu gün Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes-forumunda deyib.

A.Şərifov bildirib ki, söhbət yeni beynəlxalq bərə keçidinin, Azərbaycanı qonşu dövlətlərlə birləşdirən yeni avtomobil yollarının tikintisindən, Azərbaycan və Gürcüstan arasındakı dəmir yolunun tam rekonstruksiyası və yenilənməsindən gedir.

Baş nazirin müavini qeyd edib ki, hazırda Azərbaycan-İran sərhədində, Astaraçay üzərindən körpünün tikintisi davam edir.

A.Şərifov əlavə edib ki, dövlət başçısının sərəncamı ilə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası yaradılacaq. Bu zonaya yeni beynəlxalq dəniz ticarət limanı da daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti