...

Kəskin hava şəraiti ilə bağlı Bakıdan İstanbula reyslər təxirə salınmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2017 12:32 (UTC +04:00)
Türkiyədə davam edən kəskin hava şəraiti Bakı-İstanbul reyslərinə təsir göstərməyib
Kəskin hava şəraiti ilə bağlı Bakıdan İstanbula reyslər təxirə salınmayacaq

Bakı. Azad Həsənli - Trend:

Türkiyədə davam edən kəskin hava şəraiti Bakı-İstanbul reyslərinə təsir göstərməyib. Bunu Trend-ə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından məlumat verilib.

Bundan əlavə, hava limanında digər istiqamətlərdə də uçuşların təxirə salınması planlaşdırılmır.

Qeyd edək ki, bu gün "Türk Hava Yolları” aviaşirkəti İstanbulun hava limanlarında 378 ölkədaxili və beynəlxalq reysi təxirə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti