...

İri nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi qaydasında dəyişiklik edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2017 11:11 (UTC +04:00)
İri nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi qaydasında dəyişiklik edilib.
İri nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi qaydasında dəyişiklik edilib

Bakı. Trend:

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.

Trend-in məlumatına görə, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın 4-cü hissəsində 4.2-ci bənd aşağıdakı redaksiyada verilir:

“4.2. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə birlikdə yoxlanılır.”.

4.5-ci bənd isə aşağıdakı redaksiyada verilir:

“4.5. Yükgöndərən (daşıyıcı) avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı dövlət büdcəsinə ödəməkdən imtina etdikdə, dəymiş ziyanın ödənilməsi məhkəmə qaydasında tələb edilir.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti