...

Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı yeni TƏKLİF

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2017 14:21 (UTC +04:00)
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə şərab məhsulu komponentlərinin istehsalının təşkil olunmasını təklif edir
Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı yeni TƏKLİF

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə şərab məhsulu komponentlərinin istehsalının təşkil olunmasını təklif edir.

Assosiasiya rəhbəri Elçin Mədətovun Trend-ə bildirdiyinə görə, bu addım istehsal olunan məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalmasına imkan verər.

E.Mədətov deyib ki, bizim məhsulun maya dəyəri çox yüksəkdir: "Əl işi və yanacaqdan başqa bütün digər komponentlər – dərmanlar, gübrələr, kənd təsərrüfatı texnikası və ehtiyat hissələri ölkəyə idxal olunur. Dövlət bizə subsidiya ayırır, texnikanı lizinqlə verir, amma bu komponentlərin Azərbaycanda istehsalını təşkil etmək daha məqsədəuyğun olardı”.

E.Mədətovun sözlərinə görə, Azərbaycan ərazisində komponentlərin istehsalı və bunun nəticəsində maya dəyərinin azaldılması Azərbaycan məhsullarının rəqabətqabiliyyətliliyini əhəmiyyətli dərəcədə artımağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti