...

"Başak İnam" sığorta şirkətinin gələcəyinə dair son qərar gələn həftə elan olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2017 09:38 (UTC +04:00)
Azərbaycanın "Başak İnam" sığorta şirkətinin (SŞ) gələcək taleyinə dair son qərar bazar ertəsi aprelin 10-u məlum olacaq
"Başak İnam" sığorta şirkətinin gələcəyinə dair son qərar gələn həftə elan olunacaq

Bakı. Trend:

Azərbaycanın "Başak İnam" sığorta şirkətinin (SŞ) gələcək taleyinə dair son qərar bazar ertəsi aprelin 10-u məlum olacaq.

Trend-ə sığorta şirkətindən verilən məlumata görə, dünən SŞ səhmdarlarının ümumi yığıncağı keçirilib, yığıncaqda şirkətin gələcəyi və onun mümkün ləğvi müzakirə olunub.

"Başak İnam"-dan bildiriblər ki, hazırda sığorta şirkətinin gələcəyində dair bir neçə variant nəzərdən keçirilir.

SŞ-də məsələni belə şərh ediblər: "Bir neçə variantımız var. Yekun qərar gələn həftə elan edəcək, lakin artıq indi demək olar ki, biz Azərbaycanın sığorta bazarında digər şirkəti ilə birləşməyəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti