Bakı. Ənvər Məmmədov - Trend:
Artıq Azərbaycanda dövlət nəqliyyat vasitələri və avadanlıqlarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən şəxslər hərraclara gəlmədən bu prosesdə iştirak edə biləcəklər.
Trend-in məlumatına görə, bunu Əmlak məsələləri üzrə Dövlər Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.
Onun sözlərinə görə, bu, elektron hərraclar sisteminin yaradılması vasitəsilə mümkün olacaq.
R.Cəlilov deyib:
"Dövlət nəqliyyat vasitələri və avadanlıqlarının özəlləşdirilməsində iştirak etmək istəyən şəxslərin artıq hərraclara gəlməsinə ehtiyac qalmayacaq. Belə ki, onlar evlərində, işdə ola-ola da internet vasitəsiiə hərraclara qatıla biləcəklər".