...

Nazir müavini: CAR-ın Azərbaycanla münasibətlərinin gücləndirilməsi vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2017 16:28 (UTC +04:00)
CAR-ın Azərbaycanla münasibətlərinin gücləndirilməsi vacibdir.
Nazir müavini: CAR-ın Azərbaycanla münasibətlərinin gücləndirilməsi vacibdir

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) Azərbaycanla münasibətlərinin gücləndirilməsi vacibdir.

Trend-in məlumatına görə, bunu Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Luvellin Landers ölkə parlamentinin büdcə komissiyasının iclasında çıxışı zamanı deyib.

L.Landers Azərbaycanı CAR-ın Avropadakı qeyri-Aİ tərəfdaşı kimi xarakterizə edib.

Çıxışda cari 2017-2018 maliyyə ilində Cənubi Afrika Respublikasının bu bölgədə çoxsaylı sahələrdə imkanlarını araşdırmaq niyyəti qeyd olunub ki, bura peşə təlimi və təqaüd proqramları, ali təhsil və ixtisasın artırılması, neft-qaz kəşfiyyatı və hasilatı, balıqçılıq, limanların inkişafı, turizm, alternativ enerji texnologiyaları, su resurslarının idarə edilməsi, ticarət və investisiya yatırımı daxildir.

L.Landersin sözügedən çıxışını CAR-ın Azərbaycanla əməkdaşlıq etməyə ciddi niyyətinin olması kimi şərh etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti