...

Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının hansı üstunlükləri və faydaları var?

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2017 11:36 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 30-da "Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstunlükləri və faydaları" adlı ictimai təqdlmat keçirlllb.
Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının hansı üstunlükləri və faydaları var?

Bakı. Hüseyn Vəliyev - Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 30-da "Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstunlükləri və faydaları" adlı ictimai təqdlmat keçirlllb.

Trend-in məlumatına görə, tədbirdə komitənin nümayəndələri, ictimai təşkilatlar, iri inşaat şirkətləri, rieltorlar, media nümayəndələri iştirak ediblər. Məqsəd qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın qabaqcadan qeydiyyatının geniş istifadəsinin tərnin olunması, onun faydaları, üstünlükləri barədə vətəndaşların, tikinti şirkətlərinin, ictimaiyyətin məlumatlandırılması və onların maarifləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, son illər ölkəmizdə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, о cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağırışlara əsaslanan yeni mexanizmlər tətbiq olunur. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı hərtərəfli işlər görülür. Bunlardan biri daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir.

Tədbir çərçivəsində daşınmaz əmlak bazarının, tikinti sektorunun daha da canlanmasını təmin edəcək qabaqcadan qeydiyyat mexanizminin üstünlüklərindən və faydalarından danışılıb. Bildirilib ki, qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tikilinin qeydiyyata alınmasıdır.

Qeyd edilib ki, daşınmaz əmlakı qabaqcadan qeydə aldırmanın bir sıra üstünlükləri var. Belə ki, qabaqcadan qeydiyyat bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçun vacib mexanizmdir. Eyni zamanda qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatlaeın həyata keçirilməsini təmin edir. Bundan sonra tikintisi başa çatmamış daşınmaz əmlakla bağlı ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri yerinə yetirmək mümkündür. Həmçinin mexanizm alınan mənzilin sahəsinin çox göstərilmesl kimi halların qarşısını alır. Satılan mənzilin və ya obyektin həcminin, sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablamasına imkan verir. Eyni zamanda qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğin rəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırır. Bundan başqa, mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır.

Qeyd edilib ki, Prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyışiklik edilməsi ilə bağlı 4 aprel 2017-ci il tarixində imzaladığı fərman daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Belə ki, dəyişikliyə əsasən ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mümkün olacaq. Bu da vətəndaşlarda, mənzil-tikinti şirkətlərində qabaqcadan qeydiyyat mexanizminə marağı artıracaq.

Bildirilib ki, qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fıziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir. Bundan başqa, alqı-satqı zamanı baş verə biləcək qanun pozuntularının aradan qaldırılması, bazarda leqal əmlakların sayının artırılması, vətəndaşların gələcəkdə daha operativ şəkildə çıxarışla təmin olunması da mexanizmin əsas vəzifələrindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti