...

İranlı sahibkarlar Naxçıvanda istehsal olunan məhsullarla tanış olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2017 12:40 (UTC +04:00)
İran İslam Respublkasının Qərbi Azərbaycan vilayətindən 27 sahibkar əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədilə Naxçıvana səfər edib.
İranlı sahibkarlar Naxçıvanda istehsal olunan məhsullarla tanış olublar

Bakı. Trend:

İran İslam Respublkasının Qərbi Azərbaycan vilayətindən 27 sahibkar əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədilə Naxçıvana səfər edib.

İranın Naxçıvandakı Baş konsulluğundan Trend-ə verilən məlumata görə, Qərbi Azərbaycan vilayəti Sənaye, Mədən və Ticarət Palatasının ticarət məsələləri üzrə müdiri Hüseyn Məhəmmədcaninin başçılıq etdiyi heyət Naxçıvana səfər zamanı əvvəlcə İranın Naxçıvandakı Baş konsulu Mansur Airomla görüşərək müzakirələr aparıb.

Baş konsul qonşu ölkələrlə aparılan ticarət və iqtisadi əməkdaşlığın üstünlüklərindən danışıb, əksər sahələrdəki inkişafı vurğulayıb. O, həmçinin sahibkarların əməkdaşlığı üçün diplomatların lazımi köməklik göstərəcəklərini diqqətə çatdırıb. Sonra iş adamları Naxçıvanda iqtisadi fəailiyyətlə bağlı baş konsula suallarını ünvanlayıblar.

Nümayəndə heyətinin üzvləri daha sonra Naxçıvan Biznes Mərkəzinə gələrək Naxçıvanda istehsal olunan və sərgilənən yerli məhsullarla yaxından tanış olub, ikitərəfli görüşlərdə ixracat, sənaye, kənd təsərrüfatı, yeyinti sənayesi sahələrində əməkdaşlığın inkişaf perpektivlərini müzakirə ediblər. Bir sıra sahibkarlar Naxçıvanda fəailiyyət göstərən bəzi müəssisələrlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti