...

Anar Ələkbərov: Bu gün Azərbaycanın əsas vəzifəsi neft resurslarından asılılığı azaltmaqdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2017 10:23 (UTC +04:00)
Bu gün Azərbaycanın əsas vəzifəsi neft resurslarından asılılığı azaltmaqdır.
Anar Ələkbərov: Bu gün Azərbaycanın əsas vəzifəsi neft resurslarından asılılığı azaltmaqdır

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Azərbaycanın əsas vəzifəsi neft resurslarından asılılığı azaltmaqdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Astanada "EXPO-2017" beynəlxalq sərgisi çərçivəsində keçirilən Azərbaycan Milli Günündə Qazaxıstan mətbuatına açıqlamasında deyib.

A.Ələkbərov qeyd edib ki, Azərbaycan neft resursları ilə zəngin ölkədir, lakin hazırda əsas vəzifə neft resurslarından asılılığı azaltmaq və bütün bunları insan kapitalına çevirməkdir:

"Buna görə də bu gün Azərbaycan hökuməti və qeyri-hökumət təşkilatları bu işlə məşğuldurlar. Dövlət alternativ enerjiyə keçəcəyimizi müəyyən edib. Bir çox ekoloji layihələr həyata keçirilir".

Azərbaycan nümayəndə heyətinin digər üzvü Günay Piriyeva isə Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi təcrübəsindən danışıb.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO-2017 - Gələcəyin enerjisi” beynəlxalq sərgisində Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub. Sentyabrın 10-dək davam edəcək sərgidə 115 ölkə və 30 beynəlxalq təşkilat iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti