...

Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 20 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2017 16:21 (UTC +04:00)
2017-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 870,2 milyon dollar (21 faiz) artaraq 5033,1 milyon dollara çatıb
Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 20 faizdən çox artıb

Bakı. Azad Həsənli - Trend:

2017-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 870,2 milyon dollar (21 faiz) artaraq 5033,1 milyon dollara çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Bir ay ərzində bankın valyuta ehtiyatları 69 milyon dollar (1,4 faiz), ilin əvvəlindən isə 1058,7 milyon dollar (26,6 faiz) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti