...

Millət vəkilləri: Hesablama Palatası ADIF-in fəaliyyətini yoxlamalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2017 13:28 (UTC +04:00)
Hesablama Palatası Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) ayrılmış 500 milyon manat vəsaitin auditini keçirməlidir
Millət vəkilləri: Hesablama Palatası ADIF-in fəaliyyətini yoxlamalıdır

Bakı. Azad Həsənli - Trend:

Hesablama Palatası Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) ayrılmış 500 milyon manat vəsaitin auditini keçirməlidir.

Trend-in məlumatına görə, bu fikri Milli Məclisin deputatları səsləndiriblər.

Deputatlar qeyd edirlər ki, indiyədək “Bank Standard”ın 43 minə yaxın əmanətçisi 150 milyon manatdan çox vəsaiti ala bilmir. Millət vəkilləri bu məsələ ilə bağlı əmanətçilərdən yüzlərlə şikayətin daxil olduğunu bildiriblər.

Qeyd edək ki, ADIF-in məlumatlarına əsasən, ölkədə müflis olmuş 11 bankın müştərilərinə 750 milyon manat, o cümlədən “Bank Standard”ın əmanətçilərinə 440 milyon manata yaxın vəsait ödənilib.

Xəbər lenti

Xəbər lenti