...

Ziyad Səmədzadə: Azərbaycan investorlar üçün ən az riskli ölkələr sırasındadır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2017 15:19 (UTC +04:00)
Azərbaycan xarici investorlar üçün ən az riskli ölkələr sırasındadır
Ziyad Səmədzadə: Azərbaycan investorlar üçün ən az riskli ölkələr sırasındadır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan xarici investorlar üçün ən az riskli ölkələr sırasındadır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın xarici borcu ölkənin ÜDM-nin 18 faizini üstələmir ki, bu da inkişaf edən ölkələr arasında ən yaxşı göstəricilərdəndir:

“Digər ölkəyə vəsait qoyarkən investorlar bu ölkənin xarici borcu ilə maraqlanır. Azərbaycanda bu rəqəm ÜDM-in 18 faizindən aşağıdır”.

Komitə sədri qeyd edib ki, Azərbaycan investorlar üçün əlverişli mühit yarada bilib: “Ölkədə ictimai sabitlik təmin olunub, sahibkarlara dəstək göstərilir. Azərbaycanda texnoparklar yaradılıb, buranın rezidentləri 7 il müddətinə vergidən azad edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti