...

6 saylı marşrut avtobuslarının hərəkətində DƏYİŞİKLİK edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2018 11:11 (UTC +04:00)
6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
6 saylı marşrut avtobuslarının hərəkətində DƏYİŞİKLİK edilib

Bakı. Trend:

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Agentlikdən bildirilib ki, sınaq müddəti məqsədilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti