Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycanda xarici kapitalla 9934 sahibkarlıq subyekti qeydiyyatdan keçib.
Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı və Uçot Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
Ə.Məmmədov bildirib ki, bu rəqəm ölkədə qeydiyyata alınmış hüquqi şəxslərin 15,1 faizini təşkil edir:
“Qeyri-rezidentlərə “ASAN İmza” mobil elektron imzasının verilməsi xarici kapitalla şirkətlərin sayının artmasına xidmət edəcək. Bu ilin 9 ayının yekunlarına əsasən xarici kapitalla şirkətlərin sayı bir qədər də artıb”.