...

Rusiya Azərbaycandan keçən bir sıra daşımalar üzrə tarifləri azaldacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2018 13:05 (UTC +04:00)
“Rusiya Dəmir Yolları” 2019-2020-ci illərdə Azərbaycana qara metal və taxıl daşımaları tarifini 50 faiz azaldacaq
Rusiya Azərbaycandan keçən bir sıra daşımalar üzrə tarifləri azaldacaq

Bakı. Trend:

“Rusiya Dəmir Yolları” 2019-2020-ci illərdə Azərbaycana qara metal və taxıl daşımaları tarifini 50 faiz azaldacaq.

Bu barədə Trend şirkətə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, söhbət Şimali Qafqaz dəmir yolunun “Samur” ötürmə stansiyasında keçməklə Böyük Kəsik – Qardabani (Gürcüstan) yolu ilə daşınan yüklərdən gedir.

Şirkətdən bildiriblər ki, tariflərin formalaşması dəmiryolu daşımalarının rəqabətqabiliyyətliliyinin artırılmasını nəzərdə tutan marketinq qiymətləndirilməsinə əsaslanıb və bu qərar uzunmüddətli xarakter daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti