...

Azərbaycan özəl sektorun inkişafına böyük diqqət ayırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2019 16:38 (UTC +04:00)
Azərbaycan üçün qeyri-neft sektorunun, xüsusilə də özəl sektorun inkişafı üçün zəruri şəraitin yaradılması prioritet məsələdir
Azərbaycan özəl sektorun inkişafına böyük diqqət ayırır

Bakı. Trend:

Azərbaycan üçün qeyri-neft sektorunun, xüsusilə də özəl sektorun inkişafı üçün zəruri şəraitin yaradılması prioritet məsələdir.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının inkişafı üçün bir-biri ilə əlaqəli olan, yeni investisiyalar cəlb edən və biznes proseslərinin səmərəliliyini artıran dinamik özəl sektor lazımdır.

O bildirib ki, son zamanlar Azərbaycan biznes mühitin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün yeni mənbələrin axtarışı məqsədilə çoxlu tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti