Bakı. Trend:
Yaponiyanın avtomobil istehsalçısı Subaru yeni növ koronavirusun yayılması təhlükəsi ilə əlaqədar ölkənin bütün müəssisələrində istehsalı dayandırdığını elan edib.
Trend-in məlumatına görə, bu barədə yapon milli televiziyası xəbər yayıb.
Bildirilir ki, zavodlarda işlər aprelin 11-dən mayın 1-nə qədər dayandırılacaq.
Daha əvvəl Nissan avtokonserni martın 31-dən Yaponiyanın qərbindəki Fukuoka prefekturundakı zavodunda istehsal xəttini müvəqqəti olaraq saxlamaq qərarına gəlib.
Yaponiyada hazırda 2,9 mindən çox koronavirusa yoluxma halları var, 77 ölüm qeydə alınıb.