...

Polşa şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoymaqda maraqlıdır - XİN

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2021 13:38 (UTC +04:00)
Polşa şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoymaqda maraqlıdır - XİN

Bakı. Ləman Zeynalova - Trend:

Polşa şirkətləri Azərbaycan hökumətinin şaxələndirmə çərçivəsində vacib heab etdiyi dörd qeyri-neft sektoruna, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat sahələrinə investisiya qoymaqda maraqlıdır.

Bunu Trend-ə Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu sektorların hər birində Polşa şirkətləri böyük potensiala, innovativ həll yollarına malikdir və bu, Azərbaycanın iqtisadi inkişafına töhfə verə bilər.

Nazirlikdən bildiriblər ki, Polşa və Azərbaycan şirkətləri nəqliyyat və logistika, maşınqayırma və kimya sənayesi, informasiya texnologiyaları, gəmiqayırma, turizm və elektronika sahələrində səmərəli təmasları inkişaf etdirir:

"Biz aqrar sektorda, o cümlədən qida məhsulları ticarəti, qida sənayesi, xammal sənayesi üçün avadanlıq və nəqliyyat vasitəsləri ticarətində əməkdaşlığın inkişafı üçün potensial görürük. Polşalı istehsalçılar rəqabətqabiliyyətli qiymətlərlə müasir keyfiyyətli avadanlıq təqdim edir və artıq Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edir. Polşa, həmçinin Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafı üçün institusional potensialın möhkəmləndirilməsinə həsr olunmuş layihədə Aİ konsorsiumunun tərəfdaşıdır. Bu layihə çərçivəsində biz Aİ-də dövlət dəstəyi sxemləri barədə bilik və təcrübələrimizi bölüşürük. İnnovasiya və yeni texnologiyalar sahəsini də yüksək artım potensialı olan sektor kimi nəzərdən keçirmək olar. Polşalı investorlar bütün dünyada investisiyalar üçün cəlbedici obyektlər axtarır. Azərbaycan startapları və innovativ sahibkarlar bu imkanlardan istifadə edə bilər".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti