...

Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək - Səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2021 12:01 (UTC +04:00)
Qaribaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə yeni təkan verəcək - Səfir

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə yeni təkan verəcək.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

O bildirib ki, səfər çərçivəsində xüsusilə ticari-iqtisadi və mədəni-humanitar münasibətlər müzakirə olunacaq:

"Əminəm ki, bu səfər iki ölkə arasında münasibətlərə yeni təkan verəcək. Səfər çərçivəsində həm siyasi, həm də ticari-iqtisadi sahələrdə bütün məsələlər müzakirə olunacaq".

Səfir əlavə edib ki, yaxın zamanlarda Gürcüstan-Azərbaycan ticari-iqtisadi komissiyasının iclası keçiriləcək. İclasın tarixi baş nazirin səfəri zamanı dəqiqləşdiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti