...

"Alstom" ilk 7 yük lokomotivini Azərbaycanda istismara verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2021 17:29 (UTC +04:00)
"Alstom" ilk 7 yük lokomotivini Azərbaycanda istismara verib

Bakı. Sədrəddin Ağcayev - Trend:

Fransanın "Alstom" şirkəti ilk 7 yük lokomotivini Azərbaycanda uğurla istismara verib.

Bu barədə Trend-ə "Alstom"dan bildiriblər.

Qeyd edilir ki, bu lokomotivlər regionda dəmiryolu əlaqəsini təmin edən dünyanın ən güclü elektrik lokomotivlərindəndir və lokomotivlər Azərbaycanın nəqliyyat infrastrukturunun buraxılış gücünün artırılmasında aparıcı rol oynayacaq:

""Alstom" şirkəti ilk 7 ədəd Prima T8 AZ8A* yük lokomotivini “Azərbaycan Dəmir Yolları” QSC-yəə (ADY) istismara verdi. Bu lokomotivlər 3 kilovatt sabit cərəyandan 25 kilovatt dəyişən cərəyana keçirilən əsas yük tranzit xəttində hərəkət edəcək".

Şirkətin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Giyom Tritter bildirib ki, dünyada hökm sürən pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq lokomotivləri istehsal etmək, bütün validasiya sınaqlarını keçirmək və hazır lokomotivləri Azərbaycana təhvil vermək mümkün oldu:

""Bu, ADY ilə birgə icra etdiyimiz layihənin mühüm mərhələsidir. Lokomotivlərimiz ilk növbədə Azərbaycanda yük daşımalarının artırılmasında başlıca rol oynayır".

O bildirib ki, Prima T8 “AZ8A” lokomotivləri ilk olaraq Xəzər dənizinin əsas limanlarını Gürcüstanla birləşdirən “İpək yolu” Şərq-Qərb dəhlizi ilə hərəkət edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti