...

Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2021 12:12 (UTC +04:00)
Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT proqramının tərkib hissəsidir - Nazir müavini

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT-nin qlobal iqlim dəyişiklikləri ilə mübarizə proqramının tərkib hissəsidir.

Trend-in məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi iqlim dəyişiklikləri ilə mübarizə sahəsində BMT ilə sıx əməkdaşlıq edir:

"İqlim dəyişiklikləri çox ciddi problemdir və Azərbaycanda özünü kəskin hava dəyişiklikləri şəklində göstərir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti