...

Biz Qarabağın sürətlə bərpasının şahidi oluruq - Bilal Ərdoğan

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2021 11:12 (UTC +04:00)
Biz Qarabağın sürətlə bərpasının şahidi oluruq - Bilal Ərdoğan

Bakı. Sədrəddin Ağcayev - Trend:

Biz Qarabağın sürətlə bərpasının şahidi oluruq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çərşənbə günü İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, bu, onun Azərbaycana son bir ildə ikinci səfəridir:

"Mən Azərbaycanın işğalçıların dağıtdığı Qarabağı necə bərpa etməsini və bu prosesdə digər investorlara iştirak etmək imkanını yaratmasını gördüm".

O vurğulayıb ki, Azərbaycan və Qarabağ Avrasiya regionunun mərkəzidir:

"Mədəni canlanma təkcə Azərbaycan, Türkiyə və ya digər İƏT ölkələri üçün deyil, həm də bütün dünya üçün vacib addımdır. Biz öz aramızda daha çox əməkdaşlıq etməliyik, mədəniyyətin inkişafı da buna xidmət edəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti