...

Fransa şirkəti Azərbaycana növbəti yük lokomotivini göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2022 16:59 (UTC +04:00)
Fransa şirkəti Azərbaycana növbəti yük lokomotivini göndərib

Bakı. Sədrəddin Ağcayev - Trend:

Fransanın "Alstom" şirkəti Azərbaycana növbəti yük lokomotivini tədarük edib.

Trend-in məlumatına görə, bu, şirkətin Azərbaycana təqdim etdiyi sayca 38-ci lokomotiv olub.

Qeyd olunur ki, lokomotiv bir həftə əvvəl Qazaxıstanın paytaxtı Nur-Siltandan Bakıya yola salınmışdı.

Bu, "Alstom" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC arasında imzalanmış müqavilə əsasında həyata keçirilib.

Eyni zamanda, bu həftə müqavilə ilə nəzərdə tutulmuş daha 2 lokomotivin Bakıya çatması gözlənilir.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" 2014-cü ildə "Alstom"la 50 elektrovoz, o cümlədən 40 yük lokomotivinin tədarükü barədə müqavilə imzalamışdı. Müqavilənin dəyəri 288 milyon avro təşkil edir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti