Bakı. Trend:
Azərbaycan Orta Dəhlizin inkişafında böyük uğurlara nail olub.
Trend-in məlumatına görə, bunu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunun direktoru Sayed Şakila Şah “İnklüziv və davamlı iqtisadiyyatlar üçün artım dinamikasının yenidən kalibrlənməsi” adlı 6-cı forum zamanı deyib.
"CAREC regionda iqtisadiyyatın inkişafına çalışır. Azərbaycan inkişaf proqramımız çərçivəsində vacib tərəfdaşdır. Strateji coğrafi mövqeyə malik olan Azərbaycan Avropa ilə Asiyanı birləşdirən körpüdür", - deyə o bildirib.
O qeyd edib ki, mövcud nəqliyyat və logistika marşrutlarının pozulması fonunda Orta Dəhliz vacib rol oynayır.
"Azərbaycan bu nəqliyyat marşrutuna investisiyalarda uğur qazanıb. Tədarük pozulmaları fonunda Orta Dəhliz öz üzərinə böyük həcmdə yüklər götürə bildi. Azərbaycanın yürütdüyü siyasət təkcə ölkə üçün deyil, həm də bütün region üçün faydalıdır", - Sayed Şakila Şah deyib.
(Tərcümə: Orxan Nəbiyev)