...

Dövlət Vergi Xidmətinin rəqəmsal xidmətlərinin sayı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2022 20:41 (UTC +04:00)
Dövlət Vergi Xidmətinin rəqəmsal xidmətlərinin sayı açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi 121 xidmət elektronlaşdırılıb.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumu çərçivəsində "Rəqəmsallaşmaya və iqtisadiyyatda yeni keyfiyyətə keçiddə dövlət orqanları və özəl sektorun əməkdaşlığı" adlı pansel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı üzrə xidmətlər elektronlaşdırılıb. Dövlət Vergi Xidməti artıq mobil tətbiqlər vasitəsilə xidmətlərin təqdim olunmasına başlayır.

"Yaxın zamanlarda vergi ödəyiciləri üçün yeni elekton alətlər tətbiq olunacaq, sahibkarların sualları süni intellekt alətləri vasitəsilə cavablandırılacaq. Beynəlxalq standartlara və təhlükəsizlik tələblərinə cavab verən yeni həllər hazırlanır. Bütün bunlar biznesin qeydiyyatın səmərəliliyini daha da artıracaq". - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti