...

Azərbaycan nümayəndə heyətinin Başqırdıstana işgüzar səfəri planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2024 11:08 (UTC +04:00)
Azərbaycan nümayəndə heyətinin Başqırdıstana işgüzar səfəri planlaşdırılır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan nümayəndə heyətinin Başqırdıstana işgüzar səfəri planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən "Azərbaycan-Başqırdıstan" biznes forumunda deyib.

T.Hacılı qeyd edib ki, Azərbaycan və Rusiya arasında qeyri-neft ixracı bu ilin birinci rübündə 12 faiz artıb.

"İnanıram ki, forumda əldə edilmiş razılaşmalar çərçivəsində Başqırdıstan Respublikasına biznes missiyası təşkil olunacaq", - o deyib.

T.Hacılı əlavə edib ki, AZPROMO fəaliyyətində Rusiyanın subyektlərinə xüsusi diqqət ayırır, ölkənin müxtəlif regionları ilə birgə işgüzar tədbirlər keçirir, o cümlədən Agentlik tərəfindən mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, Rusiyada keçirilən sərgilərdə yerli sahibkarların iştirakına dəstək göstərilir.

Qeyd edək ki, aprelin 24-də Bakıda "Azərbaycan-Başqırdıstan" biznes forumu keçirilib. Forum çərçivəsində "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" (ASTA) və Başqırd Sərgi Şirkəti (saziş Fərid Məmmədov və Albina Kildiqulova tərəfindən imzalanıb), "МТ Group" və "Başinkom ETM" MMC (Təranə Allahverdiyeva və Linar Minnebayev) arasında əməkdaşlıq sazişləri imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti