...

PAŞA Bank ötən il üç yeni biznes innovasiyasını reallaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2024 16:00 (UTC +04:00)
PAŞA Bank ötən il üç yeni biznes innovasiyasını reallaşdırıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

PAŞA Bank 2023-cü ildə üç yeni biznes innovasiyasını reallaşdırıb.

Trend xəbər verir ki, bu barədə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"PAŞA Bank müştərilər üçün vergi və mühasibat əməliyyatlarını avtomatlaşdıran yeni "Maliyyə bələdçisi" xidmətini təqdim edib. Bu, bank sektorunda maliyyə uçotunun aparılmasını və iş proseslərinin optimallaşdırılmasını əhəmiyyətli dərəcədə asanlaşdıran ilk belə xidmətdir. İkinci biznes innovasiyası "Tərəfdaşın yoxlanılması" adlı yenilikdir. Artıq şirkətlər VÖEN-in köməyilə tərəfdaşlarının ümumi, vergi, hüquqi məlumatları və dövlət tenderlərinə dair məlumatları əldə edə bilər. Bu yenilik riskləri azaldır və tərəfdaşlarla qarşılıqlı əlaqə prosesini sadələşdirir, informasiya şəffaflığını və işgüzar münasibətlərin etibarlılığını yaxşılaşdırır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, üçüncü istiqamət "Maliyyə iadrəetmə platforması"dır.

"PAŞA Bank şirkətlərin maliyyə idarəetmə proseslərini optimallaşdıran platforma işləyib hazırlayıb. Platforma şirkətlər qruplarının bank hesablarına dair məlumatların real vaxt rejimində əks olunmasını təmin edir, analitik qrafiklər təqdim edir və maliyyə axınlarına nəzarəti yaxşılaşdırır", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, PAŞA Bankın aktivləri 8,622 milyard manat (2,2 faiz artım), kredit portfeli 2,958 milyard manat (4,7 faiz artım), öhdəlikləri 7,809 milyard manat (35,7 faiz artım), xalis mənfəəti isə 271,551 milyon manat (3,18 dəfə artım) olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti