...

Azərbaycanda rəqəmsal bacarıqlara ehtiyacın qiymətləndirilməsinə dair hesabat hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2024 14:56 (UTC +04:00)
Azərbaycanda rəqəmsal bacarıqlara ehtiyacın qiymətləndirilməsinə dair hesabat hazırlanır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəqəmsal bacarıqlara ehtiyacın qiymətləndirilməsinə dair hesabat hazırlanır.

Trend xəbər verir ki, bu barədə Dünya Bankının eksperti Xalisə Şahverdiyeva Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasında deyib.

"Azərbaycanda rəqəmsal bacarıqlara ehtiyacların qiymətləndirilməsinə dair hesabat hazırlanır və bu il iyun ayının sonunadək tərəfdaşlara təqdim olunacaq. Qiymətləndirmə Bakı şəhərində və Bərdə, Şərur, Ağdaş, Hacıqabul, Kəngərli, Qax və Oğuz rayonlarının 10 icmasında həm ayrı-ayrı vətəndaşları, həm də müxtəlif maraqlı tərəfləri əhatə edir.

Məlumatların toplanması başa çatıb. Hesabatda əhalinin internet xidmətlərinə çıxışı, bu sahədə çətinliklərin aradan qaldırılması, rəqəmsal bacarıqların artırılması və digər əlaqəli məsələlərlə bağlı tövsiyələr veriləcək", - o deyib.

Qeyd edək ki, AZTAF proqramı "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri"nin inkişaf məqsədlərinə nail olunmasında Azərbaycan hökumətinə dəstək məqsədilə işə salınıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti