Azərbaycanda pambıq əkini 112,9 min hektar sahədə həyata keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, hazırda pambığın becərilməsinin üçüncü kompleksi və sahələrin ilk vegetativ suvarılması aparılır.
Nazirlikdən həmçinin bildiriblər ki, bəzi rayonlarda sahələrin təkrar əkini həyata keçirilib çto v nekotorıx reqionax osuhestvlen povtornıy posev plohadey. "Əgər bu dövrdə hava şəraiti pisləşməzsə, pambıq məhsulunun səviyyəsi yüksək ola bilər",- deyə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Bundan əlavə, raüyonlarda artıq karantin zərərvericilərə qarşı yönəlmiş bir sıra tədbirlər həyata keçirilir və həşəratların meydana gəlməsinin qarşısını almaq üçün bütün preparatlar və avadanlıqlar hazırlanır.
Azərbaycanda pambıq 20 rayonda, eləcə də Salyan-Muğan, Qarabağ və Şirvanda becərilir. Nazirlikdə qeyd ediblər ki, ötən il pambıq əkini 77,7 min hektar ərazidə həyata keçirilmişdi.