...

BAKIYA BULAQ SUYU ÇƏKİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2005 20:33 (UTC +04:00)

Bakıya üçüncü yeni bulaq suyu xətti çəkiləcək. Bu barədə jurnalistlərə iyulun 27-də Azersu SC-nin prezidenti Oktay Əsədov məlumat verib. Sonuncu ikinci xəttin çəkilməsi 1986-cı ildə həyata keçirilib ki, o zaman Bakı şəhərinin əhalisi 1,5 milyon nəfər idi.

Onun sözlərinə görə, 80-ci illərin sonlarında hökumət üçüncü su xəttinin çəkilmək niyyəti olsa da, ölkədə yaranmış siyasi vəziyyətlə əlaqədar bunu həyata keçirmək mümkün olmayıb.

"Hazırda layihənin ilkin dəyəri300 milyon dollara yaxındır", - deyə O.Əsədov qeyd edib. Ceyranbatan su anbarının SC-in nəzarəti altına veriləcəyi məsələsinə toxunan Azərsu-nun rəhbəri bildirib ki, bu məsələ hökumətin konkret qərarından sonra müəyyən oluna bilər.

Xəbər lenti

Xəbər lenti