...

Dövlət bankları Nizamnamə kapitalının artırılması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciət ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 19:09 (UTC +04:00)

İki dövlət bankı - Azərbaycanın Beynəlxalq Bankı və Kapitalbank, İqtisadi İnkişaf Nazirliyinə onların Nizamnamə kapitalının artırılması xahişi ilə müraciət ediblər, Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib.

2005-ci il dövlət büdcəsində bu məqsədlər üçün məxariclər nəzərdə tutulmadığına görə, onların kapitalının artırılması yalnız öz vəsaitləri hesabına, yəni İİN-nin sərənamına özəlləşdirilmədən və dövlət müəssisələrinin özəlləşdirilməsindən əvvəl sağlamlaşdırılmasından və məsləhətçilərin cəlb olunmasından əldə olunan gəlirlərdən verilən vəsaitlərin hesabına mümkün ola bilər. Cari ildə sağlamlaşdırmaya əvvəlcə 20 mlrd manat vəsait qoyulsa da, sonradan onların həcmi artırılaraq 47 mlrd manata qədər çatdırılıb. Bu vəsaitdən 2 mlyrd manatı Nazirliyin digər məxariclərinə, qalan hissəsinin isə iki dövlət bankı arasında bölüşdürüləcəyi ehtimal edilir.

Beynəlxalq Bankın 100 mlrd manat tələb etməsinə (bu ona Nizamnamə kapitalını 200 milyard manatadək artırmağa imkan verərdi) baxmayaraq, Kapitalbank bu kapitalı 20 mlrd manat (bu gün 40 mlrd manatlıq NK-na malikdir) artırmaq istəyir. Digər mənbələrdən əldə olunan məlumata görə, Kaptalbanka 15 mlrd manat, digərlərinə isə 30 mlrd manatov vermək nəzərdə tutulub.

Lakin əvvəlcə İqtisadi İnkişaf Nazirliyi Nazirlər Kabinetinə dövlət müəssisələrinin özəlləşdirilmədən öncə hazırlığı üçün xərclərin yerləşdhirilməsi üçün müraciət etməlidir. Müsbət qərar çıxarılarsa, dövlət tərəfindən dövlət banklarının səhmdarı kimi çıxış edən Maliyyə Nazirliyi səhmdarların toplantısını keçirəcək.

Xəbər lenti

Xəbər lenti