...

"İntellekt-2005" mükafatının təqdimetmə mərasimi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 16:56 (UTC +04:00)

"İT Magazine" tərəfindən "Excelsior Baku Hotel" mehmanxanasında "İntellekt-2005" mükafatının təqdimetmə mərasimi keçirilib. "İntellekt" mükafatı 2004-cü ildə "İT Magazine" jurnalı redaksiyası və Layihələrin İdarə edilməsi Assosiasiyası (AzPMA) tərəfindən təsis edilib. Bu mükafat Azərbaycanın milli iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə həyata keçirilmiş layihələrə görə təqdim olunur.
İqtisadiyyat sahəsində Regionların inkişafı layihəsi nominasiyası üzrə "AtaHoldinq" ASC Müşahidə Şurasının Sədri Ahmet Erentok və regionda ilk 5+ "Excelsior" otelinin istifadəyə verilməsi nominasiyası üzrə "AtaTurizm" MMC İdarə Heyətinin Sədri Emre Esen seçilib. Milliət vəkili, akademik Ziyad Səmədzadə mükafatları "AtaHoldinq" İdarə Heyəti Sədrinin birinci müavini Hakan Özalpaya və "AtaTurizm" MMC-nin sədri Emre Esene təqdim etdi. İnformasiya Texnologiyaları sahəsi üzrə EPR Proqram Təminatının yerli müəssisələr üçün işlənməsi və tətbiqi nominasiyası üzrə "İntellekt-2005" mükafatını Rabitə və İnformasiya Naziri Əli Abbasov "AtaTexnologiya" MMC İdarə Heyətinin Sədri Ali İhsan Danışmana təqdim edib.

Xəbər lenti

Xəbər lenti