...

İmişli Şəkər zavodu "Azersun Holding"ə 80 milyon dollara başa gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2005 14:36 (UTC +04:00)

İmişli Şəkər zavodu "Azersun Holding" Şirkətlər qrupuna 80 milyon dollara başa gəlib. "Trendə" bu barədə "Azersun Holding" Şirkətlər qrupundan bildirilib.

70 ha ərazini əhatə edən zavod gündə 5000 ton şəkər çuğunduru emal edəcək. "Azərbaycanda bu il 2000 hektar ərazidə çuğundur əkilib. Gələn il isə bu rəqəm 15000 hektara çatacaq. Bu, münbit, lakin istifadə olunmayan yerlərdə əkinə başlamağa, maddi cəhətdən fermerlərin təmin olunmasına və yeni iş yerlərinin açılmasına imkan verəcək" - şirkətlər qupunun nümayəndəsi bildirib.

Hazırda zavoda 2000 tondan çox şəkər çuğunduru təhvil verilib. Şəkər çuğunduru Azərbaycanın bir sıra rayonlarından - İmişli, Saatlı, Sabirabad, Beyləqan, Biləsuvar, Kürdəmir, Bərdə, Tərtər, Ağcabədi, Fizuli, Ağdam, Cəlilabad rayonlarında yığılıb. Yığım prosesi təqribən 2005-ci ilin sonunda başa çatacaq, bundan sonra isə emala göndəriləcək.

Azərbaycanda bu il 2000 hektara yaxın ərazidə çuğundur əkilib. Şəkər İstehsalat Birliyi tərəfindən çuğundur əkini ilə məşğul olan hər bir fermerə gübrə, toxum və texniki yardım göstərilib.

Hazırda tikintisi davam edən İmişli Şəkər Zavodunun bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti