Avropa Komissiyası bu gün quş qripinin yayılmasının qarşısını almaq məqsədilə Türkiyə ilə həmsərhəd olan altı dövlətdən quş tükünün və lələyinin idxalını qadağan edib. Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Maykl Mənn məlumat verib.
Epidemioloji təhlükəsizliklə bağlı fövqəladə tərkiblər Türkiyənin şərqində 3 uşağın quş qripindən vəfat etməsi ilə bağlıdır. Bu gün bu xəstəliyi Türkiyənin 12 pasienti təsdiqləyib.
Quşçuluq məzhsullarının idxalına qoyulan yeni qadağalar Ermənistan, Azərbaycan, Gürcüstan, İran, İraq və Suriya da aiddir. Bu barədə İTAR-TASS məlumat yayıb.