2005-ci ildə milli valyutanın ABŞ dollarına nisbətdə birja məzənnəsi 6,72% möhkəmlənib. Trend in Bakı Banklararası Valyuta Birjasının (BBVB) pres-relizinə istinadən xəbər verdiyi kimi, keçən ilin dekabrında məzənnə 0,9183 AZN təşkil edib.
2006-cı ilin yanvarında manatın dollara nisbətdə birja məzənnəsi 0,41% təşkil edib, yəni 0,9184 AZN-dən 0,9146 AZN-dək möhkəmlənib. Nəticədə manatın dollara nisbətdə orta məzənnəsi yanvarda 0,9156 AZN təşkil edib.