...

Mişel Danye: Dağlıq Qarabağın işğal olunmuş ərazilərində lazımi gömrük nəzarəti yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2006 18:21 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin tranziti üçün istifadənin qarşısını almaq yalnız dövlət başçılarının siyasi rakursu üzrə həll oluna bilər. Trend in məlumatına görə, bu barədə fevralın 3-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Danye bəyan edib.

"Hamı bilir ki, qaçaqmalçılıq və qanunsuz əməliyyatlar lazımi gömrük nəzarətinin olmadığı yerlədə uğurla həyata keçirilir. Bu vəziyyət həmçinin, Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə də aiddir", - deyə sonda M.Danye bildirib.

Öz növbəsində, Dövlət Dövlət Komitəsinin sədri Kəmaləddin Heydərov qeyd edib ki, DGK-də olan məlumatlara görə, bu ərazilərdə narkotiklərin hazırlanması üçün xüsusi laboratoriyalar mövcuddur və bu fakt dəfələrlə ölkə hökuməti, eləcə də ÜGT tərəfindən qeyd olunub.

"Bu böyük müxtəlif ölkələri bu maddə ilə təmin edən böyük narkotik mərkəzdir",- deyə DGK-nin rəhbəri qeyd edib.

KasBu ərazilərdə sülhməramlıların yerləşdirilməsi zamanı yaranmış bu məsələnin həll olunacağına toxunan K. Heydərov sülhməramlıların bu yerlərdə narkotik maddələrin istehsalına nəzarət etməklə yanaşı dünyanın iri ölkələrində öz cari işləri ilə paralel olaraq məşğul olmaları məntiqi baxımdan mümkün olmadığını qeyd edib.

O hesab edir ki, bu məsələ yalnız bu ərazilərin işğaldan azad olunması ilə həll oluna bilər ki, burada vəziyyət müstəqil dövlətin gömrük orqanlarının nəzarəti altında saxlanmalıdır.

Xəbər lenti

Xəbər lenti