...

Azərbaycanın Baytarlıq Xidmətində "quş qripi" ilə mübarizə çərçivəsində quşçuluq fabriklərinin iştirakı ilə iclas keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 20:55 (UTC +04:00)

Fevralın 9-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində "quş qripi" ilə mübarizə çərçivəsində iclas keçirilib. Trend bildirir ki, bu barədə Xidmətin fevralın 9-da yımladığı məlumatında deyilir.

Xidmətin rəhbəri İsmayıl Həsənovun sədrliyi ilə keçirilən iclasda ölkənin quşçuluq fabriklərinin nümayəndələri və baytar mütəxəssisləri iştirak edib.

İclasda İ.Həsənov bir sıra müəssisə və özəl təsərrüfatların fəaliyyətində bütün sanitar-baytarlıq tələblərinin yerinə yetirilməsi və virusun ölkə ərazisinə keçməsinə yol verilməməsi üçün müəssisələrdə nəzarətin gücləndirilməsi zərurətini bir daha vurğulayıb.

Dövlət strukturunun rəhbəri qeyd edib ki, Azərbaycanda bu xəstəliyin hər hansı bir əlaməti aşkar edilməyib. "Əgər aşkar edilərsə Azərbaycanın ölkə ərazisində virusun yayılmasının təcili aradan qaldırılması üçün kifayət qədər qüvvəsi vardır" -deyə İ.Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti