...

Azərbaycanda "quş qripi" virusunun aşkar olunması üzrə nümunələrin öyrənilməsi məqsədilə xüsusi laboratoriya yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2006 15:09 (UTC +04:00)

Azərbaycanda "quş qripi" virusunun aşkar olunması üzrə nümunələrin öyrənilməsi məqsədilə xüsusi laboratoriya yaradılıb. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 11-də Səhiyyə nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib.

Onun sözlərinə görə, laboratoriya Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidmətinin bazasında yaradılıb. Baytarlıq xidmətinin mütəxəssisləri avadanlıqla iş prinsiplərini mənimsəmək üçün Ukraynada müvafiq treninqlər keçib.

Baytarlıq xidmətinin rəhbəri İsmayıl Həsənovun isə əvvəllər bildirdiyi kimi, monitorinq zamanı toplanmış nümunələrin analizini aparmaq üçün avadanlıq respublikaya yanvar ayında gətirilib.

Avadanlıq Dövlət Neft Fondunun $100 min məbləğində ayırdığı vəsait hesabına alınıb.

Xəbər lenti

Xəbər lenti