...

China Southern Airlines Company Urumçi-Bakı təyyarə reysini açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2006 18:06 (UTC +04:00)

Cənubi Çin təyyarə şirkəti (China Southern Airlines Company Ltd.) Urumçi ilə Bakı arasında birbaşa marşrut açır. Bu barədə Trend ə Çinin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bu, Azərbaycanla Çin arasında təyyarə reysini həyata keçirən ilk Çin təyyarə şirkəti olacaq. Səfirlikdə hesab edirlər ki, yeni reysin açılışı iki ölkə arasında ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafına yardım edəcək.

Martın 3-də Çinin Azxərbaycandakı səfirliyində hava marşrutunun açılışına həsr olunan təqdimat mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti