...

Tağı Əhmədov: "Bakı metropoliteni 2007-ci ilin yanvarınadək çip kartlarından tam istifadəyə keçəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2006 14:53 (UTC +04:00)

Bakı metropoliteni 2007-ci ilin yanvarınadək çip kartlarından tam istifadəyə keçmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə martın 24-də keçirilmiş mətbuat konfransında metropolitenin rəhbəri Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda bütün stansiyalarda 64 turniket quraşdırılıb və 2006-cı ildə əlavə 116 turniket alınacaq. Beləliklə, Bakı metropoliteni çip kartlarından tam istifadəyə keçəcək.

"Hazırda çip kartlarından eksperimental olaraq istifadə edilir. Mayın 1-dən biz daha çox həcmdə çip kartları satacağıq. Bu tarixə qədər isə 400 min ədəd çip kartı alınacaq", - T.Əhmədov vurğulayıb.

Bakı metropoliteninin rəhbəri qeyd edib ki, istismara verilmiş çip kartları (təxminən 3 min ədəd) özünü doğruldub.

Xəbər lenti

Xəbər lenti