...

Koreya şirkətləri Azərbaycana dəvət edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2006 14:28 (UTC +04:00)

Cənubi Koreya prezidentinin Azərbaycana qarşıdakı səfəri zamanı iqtisadi sahədə imzalanması planlaşdırılan ikitərəfli sazişlər bu respublikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mun Hauonqinin iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşü zamanı nəzərdən keçirilib.

Trend in İİN-nin press-relizinə istinadən xəbər verdiyi kimi, görüşdə, həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirmək imkanları müzakirə olunub. Koreya şirkətləri Azərbaycanın iqtisadiyyatına böyük maraq göstərir, bu şirkətlərdən bir neçəsi artıq ölkədə fəaliyyət göstərir.

H.Babayev Koreya şirkətlərini əməkdaşlıq etmək üçün Azərbaycana dəvət edib. O qeyd edib ki, ölkədə xarici investorların fəaliyyəti üçün əlverişli şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti